Menu
Xəbər Lenti
Bu ərazilərdə leysan var
20-07-2026, 09:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 09:41

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

14 Ara 07:41Manşet / Sosial

Ramil Səfərovun xanımına vəzifə verildi

 

Azərbaycanlı hərbçi, polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova “Study in Azerbaijan” layihəsinin direktoru təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

“Study in Azerbaijan” layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramda maraqlı və eyni zamanda, məsuliyyətli bir mərhələnin başlanğıcıdır.

AR Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Study in Azerbaijan”, Azərbaycanın ali təhsil sisteminin beynəlxalq səviyyədə tanıdılması, ölkəmizin təhsil imkanlarının xarici tələbələr üçün daha cəlbedici edilməsi və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi məqsədi daşıyan, dövlət–özəl tərəfdaşlığı modeli əsasında qurulmuş milli təşəbbüsdür.

Layihə çərçivəsində əsas fokuslarımızdan biri tanıtım və qəbul mərhələlərindən başlayaraq viza və yerləşmə dəstəyi, eləcə də inteqrasiya proseslərini əhatə edən vahid, rəqəmsal və institusional ekosistemin formalaşdırılmasıdır.

Yeni çağırışlar və imkanlarla dolu bu yolda komandamızla birlikdə dəyərli və uğurlu nəticələr əldə edəcəyimizə inanıram”, - o qeyd edib.

Qeyd edək ki, Şəbnəm Səfərova 2023-cü ildən bu ilin avqustunadək BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri vəzifəsində çalışıb.