Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Sidney qəhrəmanı üçün 1 milyon dollar pul yığıldı

Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində baş verən silahlı hücum zamanı silahlı şəxslərdən birinin əlindən silahı alan şəxslə bağlı yeni detallar açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentlik yazır ki, hadisə zamanı qəhrəmanlıq göstərən Avstraliya vətəndaşı 43 yaşlı Əhməd əl-Əhməd üçün ölkə üzrə başladılan ianə kampaniyasında toplanan vəsait 1,1 milyon Avstraliya dollarını (təxminən 1,2 milyon AZN) keçib. İki uşaq atası olan Əhməd əl-Əhməd hücum zamanı avtomobillərin arxasında gizləndikdən sonra silahlı şəxslərdən birinə arxadan hücum edib, onun tüfəngini əlindən alaraq yerə yıxıb.
Qeyd edək ki, Yeni Cənubi Uels ştatının Baş naziri Kris Minns xəstəxanada müalicə alan qəhrəmanı ziyarət edib. Belə ki, o, hadisə zamanı silahlı şəxs tərəfindən iki dəfə güllələnərək əl və qol nahiyəsindən xəsarət alıb.
Avstraliyanın Baş naziri Entoni Albanizi də Əhmədin hərəkətlərini yüksək qiymətləndirib. Əhməd əl-Əhmədin atası Məhəmməd Fateh əl-Əhməd isə yerli mediaya açıqlamasında oğlunun Avstraliyada meyvə-tərəvəz satışı ilə məşğul olduğunu vurğulayıb.
Xatırladaq ki, yerli polis hücumun bazar günü yəhudi tədbiri zamanı 50 yaşlı ata və onun 24 yaşlı oğlu tərəfindən törədildiyini açıqlayıb. Hadisə nəticəsində 15 nəfər həlak olub.





















































