Menu
Xəbər Lenti
Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 12:22

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 12:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 15:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 14:54

Bakıda güclü külək əsir

20 Ara 13:35Manşet / Gündəm / Dünya

Tramp ABŞ-də yenidən şatdaun olacağını istisna etmir

 

ABŞ Prezidenti Donald Tramp hökumətinin yanvarın sonunadək büdcəni razılaşdıra bilməyəcəyini və növbəti şatdaunun gözlənildiyini proqnozlaşdırıb.

Oxu.Az "Ren TV"yə istinadən xəbər verir ki, bu barədə D.Tramp dekabrın 19-da Şimali Karolinada tərəfdarları qarşısında çıxış edərkən bildirib.

"Yanvarın 30-da tətil ola bilər, hökumətin fəaliyyəti növbəti dəfə dayandırıla bilər", - Ağ Ev rəhbəri deyib.

O qeyd edib ki, tibbi xərclərlə bağlı mübahisələrə görə razılığa gəlmək çətindir və müxalifət respublikaçıların siyasəti ilə razı deyil. Trampın sözlərinə görə, demokratlar sığorta şirkətlərinə tam nəzarət etdikləri üçün öz mövqelərini müdafiə edirlər.