Menu
Xəbər Lenti
Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

22 Ara 14:35Manşet / Gündəm / Sosial

Binəqədidə ekoloji cinayət: ağaclar beton altında boğulur-FOTOFAKT

Binəqədi rayonunda növbəti ekoloji cinayət faktı qeydə alınıb.Mediatv.az-a daxil olmuş məlumata və təqdim edilmiş FOTOFAKTA görə Binəqədi rayon Rəşid İsmayılov 8 ünvanında  ağacların dibinə beton tökülür, ərazi isə faktiki olaraq qanunsuz tikinti üçün hazırlanır.Adı çəkilən ünvanda yaşayış binasının arxa tərəfindəki ərazi qanunsuz olaraq zəbt olunub,iaşə obyektinin tikintisi üçün hazırlıq işləri görülür. Bu, təkcə şəhərsalma qaydalarının deyil, həm də ekologiya normalarının açıq şəkildə pozulmasıdır.
Mütəxəssislər dəfələrlə vurğulayıb ki, ağacın kök boğazının betonlanması onun qurumasına, nəticədə məhv olmasına gətirib çıxarır. Buna baxmayaraq, Binəqədidə yaşıllıqların göz görə-görə “boğulması” davam edir. Sual yaranır: bu özbaşınalığa kim icazə verib?
Mediatv.az xəbər veri ki,ərazidə hər hansı məlumat lövhəsi, rəsmi icazə sənədi və ya layihə nişanı yoxdur. Deməli, söhbət açıq-aşkar qanunsuz tikintidən gedir. Belə hallarda aidiyyəti qurumlar — icra hakimiyyəti,Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, şəhərsalma və ekoloji nəzarət strukturları dərhal müdaxilə etməli olduğu halda, görünən odur ki, proses ya görməzlikdən gəlinir, ya da kimlərsə tərəfindən himayə olunur.
Şəhərin onsuz da azalan yaşıllıq fonunda hər bir ağacın taleyi həyati əhəmiyyət daşıyır. Bu yanaşma nə qədər davam edəcək? Qanunsuz tikinti aparanlar cəzalandırılacaqmı, yoxsa növbəti dəfə də məsələ ört-basdır ediləcək?

Qarşı tərəfin cavab haqqını tanıyırıq
  Mediatv.az