Xəbər Lenti
18-04-2026, 17:20
"TVM İNŞAAT" MMC-nin rəhbərliyi sudurğa xəstəsi olan qaynaqçı və işçinin pulunu mənimsəyib
18-04-2026, 09:41
Türkiyədəki hadisələrə görə bu “YouTube” kanalına qadağa - 7,5 milyon izləyicisi var
13-04-2026, 09:21
“Bank Respublika”nın “Qızıl Seçim” lotereyasının ikinci tirajına sayılı günlər qaldı
“Call of Duty”nin yaradıcısı qəzada öldü

Məşhur “Call of Duty” oyun seriyasının tərtibatçılarından olan Vins Zampella ABŞ-də baş verən avtomobil qəzasında həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “NBC LA” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Los-Anceles yaxınlığında baş verib. Belə ki, Zampellanın idarə etdiyi yük maşını yoldan çıxaraq beton maneəyə çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, 55 yaşlı V. Zampella “Infinity Ward” və “Respawn Entertainment” studiyalarının həmtəsisçisi olub. Həmçinin o, “Call of Duty 2”, “Modern Warfare” seriyasının əsas qurucusu hesab olunur. Son olaraq isə o, “Apex Legends” və yeni “Battlefield” layihələrinə rəhbərlik edib.























































