Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 08:13

Buzovnada mənzildə yanğın

İsrailə gizli səfər etdi
20-10-2026, 08:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 08:02

15 yolda tıxac var - Siyahı

24 Ara 06:34Manşet / Siyasət

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olundu

baki-beyannamesi-bmt-nin-resmi-senedi-kimi-derc-olundu

9-11 oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində keçirilən “İtkin düşmüş şəxslər məsələsinin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda qəbul edilmiş bəyannamə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunub və yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev bununla bağlı BMT Baş katibinə məktub ünvanlayıb.

O, məktubun və bəyannamənin yer aldığı əlavənin Baş Assambleyası gündəliyinin 31, 69, 71 və 84-cü bəndləri çərçivəsində və Təhlükəsizlik Şurasının sənədi kimi yayılması ilə bağlı müraciət edib.