Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 08:13

Buzovnada mənzildə yanğın

İsrailə gizli səfər etdi
20-10-2026, 08:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 08:02

15 yolda tıxac var - Siyahı

25 Ara 05:22Manşet / Dünya

“Narahat olmayın, 2026-cı il daha da çətin olacaq”

 

İtaliyanın Baş naziri Corciya Meloni Milad tədbiri zamanı öz əməkdaşlarına müraciət edərək, qarşıdakı dövrün daha çətin olacağı ilə bağlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, o, Romada yerləşən rəsmi iqamətgahı “Palazzo Chigi”də əməkdaşlarını qəbul edib.

Tarixi sarayın həyətində yağış altında keçirilən Milad proqramında çıxış edən Meloni 2026-cı illə bağlı proqnozlarını bölüşüb.

“Bu il hamımız üçün çətin keçdi. Amma narahat olmayın, 2026-cı il daha da çətin olacaq”, - öz komandası, məsləhətçiləri, katibləri və direktorları qarşısında danışan Meloni zarafatla bildirib.

Baş nazir qeyd edib ki, hökumət komandası il boyu bir ailə kimi çalışıb və qarşıdakı dövrdə də ölkə üçün mühüm qərarların hazırlanması davam etdiriləcək.

“Bu möhtəşəm millət üçün həllər tapmağa davam etməliyik”, - Meloni əməkdaşlarına bayram günlərində dincəlməyi tövsiyə edərkən deyib.