Xəbər Lenti
15-07-2026, 09:57
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
14-07-2026, 12:01
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
18 yaşında xərçəngdən vəfat etdi

Braziliyalı gimnast İzabel Marçiniak 18 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Parana Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, gənc gimnast uzun müddətdir ki, limfa sisteminin bədxassəli şişi olan Hodkin limfoması ilə mübarizə aparırdı.
Qeyd edək ki, İ. Marçiniak 2021-ci il Braziliya Çempionatında çoxnövçülük üzrə qızıl medal qazanaraq ölkə çempionu adını qazanıb, eyni turnirdə top və lentlə hərəkətlərdə gümüş medallara sahib çıxıb.






















































