Menu
Xəbər Lenti
Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 12:22

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 12:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 15:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 14:54

Bakıda güclü külək əsir

30 Ara 08:57Manşet / Sosial

Sükan arxasında diqqəti yayındıran amillərdən uzaq durun!

sukan-arxasinda-diqqeti-yayindiran-amillerden-uzaq-durun

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına təbrik və tövsiyə xarakterli müraciət ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli yol hərəkəti iştirakçıları!

Baş Dövlət Yol Polisi İdarəsi sizi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edir.

Bayram günlərində yollarda hərəkət intensivliyinin artdığını nəzərə alaraq hər kəsi daha diqqətli və məsuliyyətli olmağa çağırırıq. Sürət həddinə əməl edin, sükan arxasında diqqəti yayındıran amillərdən uzaq durun, yol hərəkəti qaydalarına ciddi riayət edin.

Unutmayaq ki, bayram sevinci yalnız təhlükəsiz şəkildə mənzil başına çatdıqda tamamlanır.

Bayramınız mübarək, yollarınız açıq və təhlükəsiz olsun!”