Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 08:13

Buzovnada mənzildə yanğın

İsrailə gizli səfər etdi
20-10-2026, 08:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 08:02

15 yolda tıxac var - Siyahı

31 Ara 08:26Manşet / Gündəm / İdman

Üç məşhur klub portuqaliyalı ulduz futbolçunu almaqda maraqlıdır

 

Səudiyyə Ərəbistanı "Əl-Hilal"ının məşhur müdafiəçisi Juan Kanselunun yanvar transfer pəncərəsində klubdan ayrılmaq ehtimalı yüksəkdir.

Oxu.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabrizio Romano sosial media hesabında məlumat verib.

Məlumata görə, "İnter" icarə şərtləri və mümkün müqavilə ilə bağlı "Əl-Hilal"a müraciət edib. "Barselona" və "Yuventus" da son 48 saat ərzində Kanselunun vəziyyəti ilə bağlı məlumat almaq üçün Ərəbistan təmsilçisi ilə əlaqə saxlayıb.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2024-cü ilin yayından bəri "Əl-Hilal"da oynayır. Portuqaliyalı futbolçu bu mövsüm klubda altı oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Juanın klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir. O, karyerası boyunca "İnter", "Barselona", "Yuventus", "Bavariya", "Mançester Siti", "Valensiya" və "Benfika" kimi məşhur klublarda çıxış edib.