Menu
Xəbər Lenti
Neftimiz ucuzlaşdı
Dün, 08:50

Neftimiz ucuzlaşdı

Meteor yağışı olacaq
29-12-2025, 08:56

Meteor yağışı olacaq

31 Ara 10:42Manşet / Gündəm

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik

Əziz cənublular, hörmətli həmvətənlər!

 

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə Cənub Media Şirkəti kollektivi adından ürəkdən, səmimi-qəlbdən təbrik edirik.


Bu əlamətdar gün bütün dünya azərbaycanlılarının birliyini, milli-mənəvi dəyərlərimizi, Vətənə bağlılığımızı və həmrəyliyimizi ifadə edir. Harada yaşamağımızdan asılı olmayaraq, bizi bir amal, bir bayraq, bir Vətən birləşdirir. Məhz bu birlik və həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür.


Geridə qoyduğumuz il hər birimiz üçün müxtəlif sınaqlar, çətinliklər və eyni zamanda dəyərli təcrübələrlə yadda qaldı. Yeni gələn 2026-cı ilin isə hər bir ailəyə sülh, əmin-amanlıq, firavanlıq, sağlamlıq və bol ruzi gətirməsini arzulayırıq. Qoy bu il ölkəmiz üçün yeni uğurlar, xalqımız üçün daha işıqlı sabahlar və xoş müjdələrlə yadda qalsın.


Hər birinizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, işlərinizdə uğur və daim yüksələn həyat yolu diləyirik. Qoy Yeni il arzularınızın gerçəkləşdiyi, ümidlərinizin doğrulduğu bir il olsun.


Bayramınız mübarək olsun!


Yeni iliniz uğurlu, sabahlarınız aydın olsun!


 

Hörmətlə,

Cənubunsəsi

Xəbər portalının təsisçisi Liqa Qəzetinin Baş redaktoru

ictimai fəal, bloqer, jurnalist

Mərhəmət Lələyev