Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir"
Ölkə başçısının qızları şəhid evinə belə getmişdilər, Mingəçevirin icra başçısı isə….-Fotolar
"The Telegraph" Rusiya üçün sülh planının ən pis senarisini açıqladı: "Putin taxtdan salınacaq"
Berlində fövqəladə vəziyyət elan edildi

Almaniyanın paytaxtı Berlində fövqəladə vəziyyət elan edilib.
“Qafqazinfo” yerli mediaya istinadən xəbər verir ki, buna səbəb şəhərin bir hissəsində baş verən genişmiqyaslı elektrik enerjisi kəsintisi və onun yaratdığı ciddi texniki problemlərdir.
Məlumata əsasən, yüksək gərginlikli elektrik xətlərində baş verən nasazlıq və yanğın nəticəsində on minlərlə ev və müəssisə işıqsız qalıb. Elektrik problemi ilə yanaşı, bəzi ərazilərdə internet və mobil rabitə xidmətlərində də fasilələr yaranıb. Hadisə xüsusilə nəqliyyatın, səhiyyə müəssisələrinin və fövqəladə xidmətlərin işinə təsir göstərib.
Berlinin fövqəladə xidmətləri gücləndirilmiş rejimə keçib, elektrik təchizatının mərhələli şəkildə bərpası üçün texniki briqadalar cəlb olunub.
Şəhər rəhbərliyi fövqəladə vəziyyət rejiminin məqsədinin resursların daha sürətli səfərbər olunması, kritik infrastrukturların qorunması və əhalinin təhlükəsizliyinin təmin edilməsi olduğunu açıqlayıb. Elektrik enerjisinin tam bərpasının isə vaxt aparacağı bildirilir.
Səlahiyyətlilər bildirir ki, hazırda vəziyyət nəzarət altındadır, sakinlərə rəsmi qurumların məlumatlarını izləmək və zəruri olmadıqca elektrikdən istifadədə ehtiyatlı olmaq tövsiyə olunur.





















































