“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Şagirdlərini dərs saatlarında evinə təmizliyə apardı - Türkiyədə qəribə hadisə

İzmirin Bornova rayonunda yerləşən peşə təhsili mərkəzində müəllimin şagirdlərlə bağlı etdiyi hərəkət ölkədə rezonans yaradıb.
“Qafqazinfo” xəbər verir ki, türk dili və ədəbiyyatı müəllimi D.T. 16 yaşlı 6 qız şagirdini dərs saatlarında məktəbdən çıxararaq şəxsi avtomobili ilə öz evinə aparıb.
İddiaya görə, müəllim şagirdləri yeni mənzilində təmizlik işlərinə, əşyaların qablaşdırılmasına və daşınmasına məcbur edib. Həmçinin, şagirdlərin iş əsnasında yemək və yolpulu ilə təmin edilmədiyi bildirilir. Valideynlərin şikayəti əsasında təqdim edilən sübutlarda uşaqların işlədildiyi mühitdə spirtli içki və siqaret qalıqlarının olduğu da öz əksini tapıb.
Qeyd edək ki, İzmir Vilayət Milli Təhsil Müdirliyi müəllim barəsində Uşaqların Müdafiəsi Qanununu pozduğu üçün dərhal inzibati araşdırmaya başlayıb.






















































