HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Hərəyə 100 min verək” - ABŞ-nin Qrenlandiya planı

ABŞ administrasiyasının Qrenlandiya sakinlərini Danimarkadan ayrılaraq ABŞ-yə qoşulmağa təşviq etmək üçün birbaşa nağd ödənişlər etməyi müzakirə etdiyi iddia olunur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” dörd mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Ağ Ev adambaşına 10 min dollardan 100 min dollara qədər birdəfəlik ödəniş variantını nəzərdən keçirir. Qrenlandiyanın təxminən 57 min nəfərlik əhalisi üçün bu məbləğ 6 milyard dollara çata bilər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın zəngin mineral ehtiyatları və Arktikadakı strateji mövqeyini ABŞ-nin milli təhlükəsizliyi üçün vacib hesab edir.
Danimarka və Qrenlandiya rəsmiləri adanın “satış üçün olmadığını” bəyan ediblər. Fransa, Almaniya, İtaliya və Böyük Britaniya da daxil olmaqla, bir sıra Avropa ölkələri Qrenlandiyanın gələcəyinə yalnız Danimarka və yerli əhalinin qərar verə biləcəyini açıqlayıb.
ABŞ administrasiyası isə Danimarkanın adanı Rusiya və Çinin bölgədə artan fəaliyyətlərindən yetərincə qoruya bilmədiyini iddia edir.























































