“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Sifariş etdiyi telefonlar 16 il sonra gəldi

Liviyada telefon mağazası sahibinin 2010-cu ildə sifariş etdiyi “Nokia” markalı mobil telefonlar vətəndaş müharibəsi və sonrakı xaos səbəbindən yalnız 16 il sonra ünvana çatdırılıb.
“Qafqazinfo” xəbər verir ki, 2011-ci ildə ölkədə başlayan vətəndaş müharibəsi logistika xətlərinin dağılmasına, gömrük xidmətlərinin fəaliyyətini dayandırmasına və ciddi təhlükəsizlik problemlərinə səbəb olub.
Bu amillər nəticəsində sifariş edilən “Nokia” telefonlar uzun illər anbarlarda qalıb.
Uzun illərdən sonra telefonlar, nəhayət, mağazaya çatanda mənzərə həm təəccüblü, həm də əyləncəli olub. Qutuları açarkən dükan sahibləri zarafatla soruşub: “Bunlar telefondur, yoxsa tarixi əsər?”
Sosial mediada paylaşılan bu anlar tez bir zamanda diqqət çəkib.
Qeyd edək ki, bir vaxtlar mobil telefon bazarının liderlərindən biri olan “Nokia”nın klassik klaviaturalı modelləri bu gün nostalji əşyalar kimi dəyərləndirilir.






















































