“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
"60 yaşımı doğma yurdumda qeyd etdim" - Füzuliyə köçən ailənin evindən REPORTAJ

Baku TV əməkdaşları Füzuliyə köç edən ailələrdən birinin qonağı olub, onların doğma yurd həsrətinin bitməsi ilə bağlı təəssüratlarını öyrəniblər.
Füzuli sakini Əfzələddin Əliyev uşaqlıq və gənclik illərinin keçdiyi məkandan danışarkən bildirib: "Füzuli şəhərinin Xanlar küçəsində yaşamışam. Bizim indi yaşadığımız evdən o küçə görünmür, amma qarşı tərəfdən baxanda görünür. Füzuli şəhərini bəlkə də axırıncı tərk edənlərdən biri mənəm. 29 yaşım var idi mən Füzulidən çıxanda. İndi 62 yaşım var. 60 yaşımı burada qeyd etmişəm. Günü-gündən cavanlaşıram. Fərəh hissi keçirirəm".
Daha sonra ailənin digər üzvü Ülkər Hacıyeva keçmiş çətin günləri xatırlayaraq bu günə olan minnətdarlığını ifadə edib:
"Dəhşətli günlər görmüşük. Bu günümüzə çox şükür. Allaha çox şükür ki, bizə bunu qismət etdi, biz torpağımıza qayıtdıq. Bir məclisimiz olanda deyirdik ki, Allah qismət eləsin, gələn ili Füzulidə qeyd edək. Burada qanı daşlara tökülən şəhidlərin ruhu şad olsun. Allah hər birinə rəhmət eləsin."






















































