Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
Mixael Şumaxerin yarış bolidi satışa çıxarılacaq

"Formula-1"in yeddiqat dünya çempionu Mixael Şumaxerin yarış bolidi yanvarın sonunda "Sotheby's" hərracında 5.5 milyon avrodan başlayan qiymətlə satışa çıxarılacaq.
Oxu.Az bu barədə rmsothebys.com saytına istinadən xəbər verir.
Şumaxer "Ferrari F310 B" sükanı arxasında 1997-ci ildə Belçika Qran-prisində eyniadlı komandanın tərkibində çıxış edib. Maşın "Spa-Frankoşam" trasında təsnifat yürüşləri zamanı istifadə olunub.
Lotun təsvirinə görə, avtomobil 1999-cu ildə bir qrup kolleksiyaçıya satılıb. O vaxtdan bəri maşın bir neçə dəfə istifadə olunub: ABŞ-dəki tədbirlərdə və 2019-cu ildə Böyük Britaniyada Şumaxerin 50 illiyi şərəfinə keçirilən "Goodwood Speed Festival"da sürülüb.
Bolid yanvarın 28-də hərraca çıxarılacaq. "Sotheby's" şirkəti onun 5.5 milyon avrodan 7.5 milyon avroya qədər məbləğə satılacağını gözləyir.




























































