Menu
Xəbər Lenti
SALAM, DAĞ QARDAŞLARI!
Bugün, 13:54

SALAM, DAĞ QARDAŞLARI!

Təbrik Məktubu
26-04-2026, 15:16

Təbrik Məktubu

İmtahan günüdür
26-04-2026, 10:22

İmtahan günüdür

“Azeri Light” bahalaşdı
25-04-2026, 10:18

“Azeri Light” bahalaşdı

15 Ock 05:32Manşet / Dünya

Estoniya təcrübəsi: Süni intellekt qanunvericiliyi necə dəyişdirəcək?

Estoniya təcrübəsi: Süni intellekt qanunvericiliyi necə dəyişdirəcək?

Estoniyanın ədliyyə və rəqəmsal texnologiyalar naziri Liyza-Li Pakosta hesab edir ki, deputatlar qanun layihələrinin hazırlanmasında və nəzərdən keçirilməsində süni intellektdən (Sİ) daha fəal istifadə edə bilərlər.

Oxu.Az xəbər verir ki, məlumatı "Yevropeyskaya Pravda" yayıb.

Nazirin sözlərinə görə, Sİ hüquqi mətnlərin mürəkkəbliyi səbəbindən yaranan məntiqsiz və absurd səhvləri müəyyən etməyə qadirdir.

"Bu, vasitələrdən yalnız biridir. Əsas problem ondadır ki, qanun layihələri çox vaxt o qədər mürəkkəb yazılır ki, hətta mütəxəssislər belə onların məzmununu tam başa düşmürlər", - deyə o bildirib.

Eyni zamanda, nazir Sİ-nin universal həll olmadığını vurğulayıb.

Onun sözlərinə görə, gələcək qanunlar daha başadüşülən və oxunaqlı olmalıdır və onu təkcə deputatlar deyil, həm də bütün ölkə sakinləri anlamalıdırlar.