HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
Hindistanda inanılmaz hadisə: 103 yaşlı qadın doğum gününə təsadüf edən dəfn mərasimində "dirilib"

Hindistanın Maharaştra ştatında inanılmaz hadisə baş verib. Ailəsinin dəfn etməyə hazırlaşdığı 103 yaşlı qadın qəfildən öz dəfn mərasimində "dirilib". Yerli sakinlər bu hadisəni möcüzə adlandırıb və məlumat Hindistan KİV-də gündəm olub.
Oxu.Az xəbər verir ki, məlumata görə, dəfn mərasimi üçün hər şey hazır idi: evin qarşısında ənənəvi çadır qurulub, cəsədə dəfn sarisi geyindirilib, qohumları toplaşıb və nəqliyyatı gözləyiblər. Lakin bir məqamda qadın hərəkət etməyə başlayıb və oturub, bu anı orada toplaşanlar heyrətlə izləyiblər. Maraqlıdır ki, bu hadisə qadının doğum gününə təsadüf edib.
Dəfn mərasimi əvəzinə yaxınları Qanqabainin 103-cü doğum gününü sevinc və coşqu ilə qeyd ediblər. "Dirilən" qadının qohumları baş verənləri əsl möcüzə adlandırıblar.























































