Menu
Xəbər Lenti
Bu yollarda tıxac var
2-11-2026, 07:04

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 06:55

Şəhid atası vəfat etdi

16 Ock 05:12Manşet / Dünya

Qazaxıstanda "süni intellekt əsaslı imam" işə salınacaq

Qazaxıstanda süni intellekt əsaslı imam işə salınacaq

Qazaxıstan Müsəlmanları Dini İdarəsi süni intellekt texnologiyaları əsasında işləyən "Imam AI" mobil tətbiqini istifadəyə verməyi vəd edib. Proqramın 2026-cı ildə tətbiqi planlaşdırılır.

Oxu.Az bildirir ki, bu barədə Qazaxıstanın ali müftisi Naurızbay Taqanulı məlumat verib.

Məlumata əsasən, mobil tətbiq etibarlı mənbələrə istinad edərək dini suallara dərhal cavab verəcək. "Müasir tələblərə uyğun olaraq, biz süni intellektin imkanlarını dini sahəyə sistematik şəkildə daxil etməliyik", - deyə məlumatda vurğulanıb.

Qazaxıstanın ali müftisinin fikrincə, bu, yalnız insanların dini suallarına tez və etibarlı cavablar almağa kömək etməyəcək, həm də ruhanilərin iş yükünü azaldacaq.