Böyük Britaniyada apendisit ağrısı ilə xəstəxanaya gedən qadın gözlənilməz hadisə ilə qarşılaşdı
Hindistanda inanılmaz hadisə: 103 yaşlı qadın doğum gününə təsadüf edən dəfn mərasimində "dirilib"
Ailədə bir insanın gərgin olmasının bütün üzvlər üçün fəsadları: Rusiyalı həkimdən XƏBƏRDARLIQ
Esmira İbrahimlinin qanunsuz estetik əməliyyatının qurbanı-Şikayətçidir-Foto-Video
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər
ABŞ səhiyyə naziri Trampın zərərli qida vərdişlərindən danışdı: Fastfud yeyir, diyetik içki içir
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi (RM) tərəfindən Sumqayıt Olimpiya İdman Kompleksində, Sumqayıt şəhər 5 nömrəli, 8 nömrəli, 27 nömrəli, Abşeron rayonu, Mehdiabad qəsəbə 2 nömrəli və Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəblərində, Gəncə RM tərəfindən Gəncə şəhər A.S.Puşkin adına 9 nömrəli, 7 nömrəli, Ağstafa rayonu, A.Asimoğlu adına Zəlimxan kənd və Ağstafa şəhər S.Şükürova adına 3 saylı tam orta məktəblərində, Muğan RM tərəfindən Neftçala şəhər E.Həbibov adına 4 nömrəli tam orta məktəbində, Qarabağ RM tərəfindən Bərdə şəhər 3 nömrəli, Ağdam rayonu, Yeni İmamqulubəyli qəsəbəsi 135 nömrəli tam orta məktəblərində, Aran RM tərəfindən Kürdəmir rayonu, Qacar Sadıqov adına Mollakənd kənd və Zərdab rayonu, Sarıqaya tam orta məktəblərində, Cənub RM tərəfindən Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəb-liseydə və R.İbadov adına Cil kənd tam orta məktəbində, Şimal-qərb RM tərəfindən Qəbələ şəhər 1 nömrəli uşaq bağçasında, Şimal RM tərəfindən Qusar rayonu, Çaqarqışlaq kənd tam orta məktəbində maarifləndirmə tədbiriləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.






























































