“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Çilini meşə yanğınları bürüyüb - Azı 18 nəfər ölüb

Çilinin cənub-mərkəzi bölgəsini bürüyən meşə yanğınları nəticəsində azı 18 nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə Çili Prezidenti Qabriel Boriç məlumat verib:
"Bu günə qədər 18 nəfərin öldüyü barədə məlumatı təsdiqlədik, amma təəssüf ki, bu rəqəmin artacağı gözlənilir".
İlkin hesablamalara görə, təkcə Bio-bioda təxminən 300 ev yararsız hala düşüb və bu rəqəmin 1 000-i keçə biləcəyi barədə xəbərdarlıq edilib.
Hakimiyyət orqanları bəyan ediblər ki, Penko, Bio-bio, Nasimiyento və Laxada komendant saatı tətbiq edilib.
Ən çox zərər dəymiş ərazilərdən biri olan Lirkendə isə komendant saatı daha əvvəl elan olunub. Yaşayış məntəqəsinin təxminən 80 faizini bürüyən yanğın davam edir.
Yerli qurumların məlumatına görə, hazırda Çilidə 14 ərazidə meşə yanğını baş verir və bununla bağlı qırmızı həyəcan siqnalı verilib. Ölkə üzrə yanmış sahə 24 min hektardan çoxdur.






















































