Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
"Volvo"dan genişmiqyaslı yenilənmə: İki milyondan çox avtomobili əhatə edəcək

"Volvo" 2020-ci ildən bəri istehsal olunan avtomobillərin informasiya-əyləncə sistemləri üçün proqram təminatı yeniləməsini elan edib.
Oxu.Az Auto.ru-ya istinadən xəbər verir ki, bu, təxminən 2,5 milyon avtomobili əhatə edəcək və onları xeyli müasirləşdirəcək.
Sistem interfeysi ən son modellərə - EX30, EX60 və EX90-a bənzəyəcək. "Google"un "Gemini" süni intellektinə əsaslanan virtual köməkçi mövcud olacaq. O, yalnız standart əmrləri icra etmir, həm də söhbət apara və ya sualları cavablandıra bilir.
"Volvo" şirkəti layihəni dünya tarixindəki ən böyük məsafədən yeniləmələrindən biri adlandırır. Proses miqyasına baxmayaraq, avtomobil sahiblərinin minimal müdaxiləsini tələb edəcək. Onnlar sadəcə internetə qoşulmalı və məsafədən yeniləmələri aktivləşdirməlidirlər.























































