Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
"Qarabağ" azarkeşlərinə Çempionlar Liqası ilə bağlı ŞAD XƏBƏR

"Qarabağ" növbəti mövsüm UEFA Çempionlar Liqasının Liqa mərhələsində birbaşa iştirak edə bilər.
Oxu.Az "Football Meets Data" portalına istinadən xəbər verir ki, bunun üçün klubların reytinq siyahısında "Qarabağ"dan yüksəkdə dayanan komandalar öz liqalarında çempion olmalıdırlar.
Hazırda "Qarabağ"dan irəlidə doqquz komanda var ki, onlardan da yalnız ikisi - Avstriyanın "Zaltsburq" və Xorvatiyanın "Dinamo Zaqreb" komandaları öz liqalarında birinci yerdə qərarlaşıblar.
Qeyd edək ki, "Qarabağ"ın birbaşa vəsiqəsi üçün özü də Premyer Liqada çempion olmalıdır. Hazırda "Qarabağ" turnir cədvəlində ikinci sırada qərarlaşıb və lider "Sabah" klubundan dörd xal geri qalır.























































