Xəbər Lenti
Dün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
Yaponiyada seçkinin bir seçici üçün dəyəri nə qədərdir?

Yaponiya hökuməti fevralın 8-də parlamentin aşağı palatasına keçiriləcək seçkinin təşkili üçün təxminən 85.5 milyard yen xərcləməyi planlaşdırır. Bu məbləğ cari məzənnə ilə təxminən 551 milyon ABŞ dollarına bərabərdir.
Oxu.Az bu barədə "Mainichi" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, bu vəsait ölkədə rəsmi qeydiyyatdan keçmiş seçicilərin sayına bölündükdə, hər seçiciyə orta hesabla 826 yen (cari məzənnə ilə təxminən 5.3 dollar) düşür.
Qeyd olunur ki, bu məbləğ "McDonald"s" şəbəkəsində dörd ədəd hamburqerin qiymətinə bərabərdir. Hazırda Yaponiyada bir hamburqerin qiyməti təxminən 190 yendən bir qədər azdır.
Hazırda Yaponiyada 103.5 milyon rəsmi qeydiyyatdan keçmiş seçici mövcuddur.























































