Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

03 Şub 05:19Manşet / Dünya

Roma Trevi fəvvarəsinə sikkə atmaq üçün rüsum ödəniləcək

Roma Trevi fəvvarəsinə sikkə atmaq üçün rüsum ödəniləcək

Romadakı məşhur Trevi fəvvarəsinə yaxınlaşmaq və xatirə olaraq sikkə atmaq istəyən turistlər indi 2 avro rüsum ödəməli olacaqlar. Bu tədbir fəvvarənin yaxınlığındakı turistlərin sayını azaltmaq və onun saxlanması üçün əlavə vəsait toplamaq məqsədi daşıyır.

Oxu.Az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, rüsum hər gün saat 09:00-dan 21:00-dək tətbiq ediləcək.

Bu qayda yalnız turistlərə aiddir. Altı yaşdan kiçik uşaqlar, əlilliyi olan insanlar və onların yoldaşları da rüsumdan azad olacaqlar. Trevi fəvvarəsinin yanındakı meydana giriş ictimaiyyət üçün açıq qalacaq: rüsum yalnız fəvvarənin özünə yaxınlaşmaq istəyənlər üçün tətbiq olunacaq.

Trevi fəvvarəsi XVIII əsrin ortalarında inşa edilib və Romanın ən məşhur görməli yerlərindən biridir. 2025-ci ildə Trevini təxminən 10 milyon turist ziyarət edib.