Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

03 Şub 05:25Manşet / Cəmiyyət

Səhər durmaqda çətinlik çəkənlər üçün səmərəli üsul

Səhər durmaqda çətinlik çəkənlər üçün səmərəli üsul

"Səhər durmaqda çətinlik çəkənlər bədənlərini hər gün sabit bir vaxtda oyanmağa öyrədə bilərlər".

Oxu.Az xəbər verir ki, bunu Rusiya mətbuatına həkim Roman Buzunov bildirib.

Onun sözlərinə görə, bu üsulla hətta zəngli saatdan istifadə etməyə ehtiyac qalmayacaq:

"İş günləri və ya həftəsonları olmasından asılı olmayaraq, iki həftə ərzində hər gün eyni vaxtda durun. Sonra zəngli saat çalınmazdan beş dəqiqə əvvəl özünüzü yaxşı yatmış kimi hiss edərək oyanacaqsınız".

Mütəxəssis vurğulayıb ki, ən azı yeddi saat yatmaq üçün yuxu vaxtınızı əvvəlcədən hesablamaq vacibdir.

Digər önəmli tövsiyə isə həddindən artıq yeməkdən çəkinməkdir. Spirtli içkilər və yüksək kalorili qidalar bədəni həddindən artıq yükləyir, enerjini azaldır və rahat yuxuya mane olur.