Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

04 Şub 10:17Manşet / Gündəm / Dünya

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı - Şok məktub

epsteyn-senedlerinde-covid-19-la-bagli

Son zamanlar dünya gündəmində olan amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə sənədlərdə pandemiyanın müzakirə olunduğu məktub aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, müzakirələr COVID-19 pandemiyası başlamazdan üç il əvvəl, 2017-ci ildə aparılıb.

Söhbət amerikalı milyarder Bill Qeytsə ünvanlanmış və daha sonra Epşteynə yönləndirilmiş yazışmadan gedir.

Sözügedən yazışmada pandemiyanın modelləşdirilməsi üçün tövsiyələrin və texniki həllərin işlənib hazırlanması müzakirə edilib. Belə ki, məktubun müəllifi Qeytsə həmkarları ilə birlikdə yerinə yetirilməsi planlaşdırılan tapşırıqlar siyahısının və analitik materialların hazırlanması barədə məlumat verib.

Təklif olunan tapşırıqlar arasında təhlükəli virusların yayılmasının proqnozlaşdırılması ilə bağlı bənd də var. Bu təklif səhiyyə, tibbi məlumatların qorunması və ABŞ əhalisinin müalicə xərclərinin təhlilinə aid layihələr kontekstində xatırlanır.  

Qeyd edək ki, C.Epşteyn ABŞ Ədliyyə Departamentinin cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və 2019-cu ildə həbsxanada ölü tapılmışdı. Bir neçə gün əvvəl isə Ədliyyə Departamenti “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb.