Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

04 Şub 11:04Manşet / Gündəm / Siyasət

General yüksək vəzifəyə təyin edildi

 

Dövlət Sərhəd Xidmətində (DSX) daha bir generala yüksək vəzifə verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq Əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Aqil Babayev Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Baş İdarə rəisi vəzifəsinə təyinat alıb. 

Qeyd edək ki, A.Babayev DSX Akademiyasının rəisi, Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi vəzifələrində çalışıb. İki ay əvvəl “İgidliyə görə”, daha əvvəl isə “Vətən uğrunda” medalları ilə təltif edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl DSX-də yüksək vəzifələrə təyinatlar olub. General-mayor Azad Abdullayev DSX-nin Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi təyin edilib.

Sail Ağasəlim