HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur

ABŞ-nin Bərabər Məşğulluq İmkanları Komissiyası (EEOC) ağdərili işçilərə qarşı ayrı-seçkilik iddiaları ilə əlaqədar "Nike" şirkətinə qarşı araşdırmaya başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə komissiyanın rəsmi saytında məlumat verilib.
Bildirilib ki, komissiya "Nike" şirkətində ağdərili işçilərə qarşı sistematik irqi ayrı-seçkilik iddiaları ilə bağlı şikayətlər alıb.
Buna cavab olaraq, komissiya ABŞ-nin Missuri ştatındakı federal rayon məhkəməsi vasitəsilə şirkətdən işçilərinin irqini və etnik mənsubiyyətini, o cümlədən işdən çıxarılma, vəzifə yüksəlişi, müxtəlif müavinətlər barədə qərarlar qəbulu zamanı nələri nəzərə almaları barədə hesabat tələb edib.
Komissiya sədri Andrea Lukas bildirib ki, şirkətin müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarının irqi ayrı-seçkiliyə dair federal qadağaları poza biləcəyinə dair inandırıcı dəlillər mövcuddur. O, məsələ ilə bağlı hərtərəfli araşdırma aparılacağını söyləyib.
Sözügedən federal komissiya ABŞ-dəkı işəgötürənlərin hər hansı bir əsasda məşğulluqda ayrı-seçkiliyi qadağan olunan qanunlara riayəti təmin etmək üçün məsuldur.
"Nike" şirkəti isə dünyaca məşhur idman geyimləri və ayaqqabıları istehsalçısıdır.























































