Menu
Xəbər Lenti
10 Şub 09:29Manşet / Gündəm

“Müstəqillik Qələmləri” layihəsi uğurla başa çatdı

 

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Konstitusiya və Suverenlik İli” qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Müstəqillik Qələmləri” layihəsi uğurla icra edilib.


Layihənin məqsədi gənclərin Azərbaycanın tarixi prosesləri üzrə elmi biliklərini artırmaq, akademik yazı bacarıqlarını inkişaf etdirmək və mövzunun beynəlxalq səviyyədə təbliğini təşviq etmək olub.


İki mərhələdən ibarət layihədə iştirakçılar təlimlərdə elmi məqalə yazma prosesi və tədqiqat metodları ilə tanış olub, komandalar halında mövzular seçərək ingilis dilində elmi məqalələr hazırlayıblar. Qiymətləndirmə nəticəsində seçilmiş məqalə beynəlxalq media platformasında dərc olunacaq.


Layihə gənclərin elmi potensialını artırmaq və akademik maraqlarını dəstəkləmək baxımından əhəmiyyətli təşəbbüs kimi dəyərləndirilir.


 

Xezertv.info