Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Süni intellekt “əməliyyatlara girir”, amma...

Süni intellektlə işləyən tibbi cihazların səhiyyədə sürətlə yayılması onların təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurub.
“Qafqazinfo” xəbər verir ki, “Reuters”in araşdırmasına görə, bəzi süni intellekt sistemləri əməliyyatlar zamanı xəstələrə ağır xəsarətlər yetirib.
“Johnson & Johnson” şirkətinin törəmə müəssisəsi “Acclarent” tərəfindən xroniki sinusitin müalicəsində istifadə olunan “TruDi” naviqasiya sisteminə süni intellekt inteqrasiya edilib və bu, şirkət tərəfindən böyük irəliləyiş kimi təqdim olunub. Lakin ABŞ Qida və Dərman Administrasiyasına (FDA) daxil olan müraciətlər süni intellektin tətbiqindən sonra cihazla bağlı mənfi hadisələrin kəskin artdığını göstərir.
Cihaz süni intellekt əlavə edilməzdən əvvəl təxminən üç il ərzində bazarda olub və bu müddətdə yeddi nasazlıq, bir xəsarət halı qeydə alınıb. Süni intellekt tətbiq edildikdən sonra isə ən azı 100 nasazlıq və mənfi hadisə barədə məlumat daxil olub.
2021-ci ilin sonu ilə 2025-ci ilin noyabrı arasında ən azı 10 xəstənin xəsarət aldığı bildirilir. Hesabatlarda sistemin cərrahlara əməliyyat zamanı istifadə edilən alətlərin yerini səhv göstərdiyi iddia olunur.
Bəzi hallarda xəstələrin burnundan beyin-onurğa mayesi sızıb, bir xəstənin isə kəllə sümüyü təsadüfən deşilib. İki ayrı hadisədə əsas arteriyaya zərər dəyməsi nəticəsində insult baş verdiyi bildirilib. Texasda iki insult keçirən xəstə “TruDi” sistemindəki süni intellektin xəsarətlərə səbəb olduğunu iddia edərək məhkəməyə müraciət edib.
“Johnson & Johnson” məsələ ilə bağlı sualları “Acclarent”i 2024-cü ildə satın alan “Integra LifeSciences” şirkətinə yönləndirib. “Integra” isə “TruDi” sisteminin yalnız bir əməliyyatda istifadə edildiyini və süni intellektlə xəsarətlər arasında etibarlı səbəb-nəticə əlaqəsi olmadığını bildirib.
Müzakirələr süni intellektin səhiyyə sektorunda sürətlə yayıldığı bir dövrdə baş verir. Hazırda ən azı 1357 süni intellektlə işləyən tibbi cihaz təsdiqlənib ki, bu da 2022-ci ilə qədər olan göstəricidən təxminən iki dəfə çoxdur.
“Reuters”in araşdırmasına görə, “TruDi” yeganə problemli nümunə deyil. Süni intellektli ürək ritmi monitorlarının bəzi hallarda təhlükəli pozuntuları aşkarlamadığı, ultrasəs cihazlarının isə orqanları səhv tanıdığı iddia olunur.
Vaşinqton Universitetinin Tibb fakültəsindən Aleksandr Everhart bildirib ki, tənzimləyici qurumların ənənəvi tibbi cihazlara yanaşması süni intellekt texnologiyaları üçün yetərli olmaya bilər.























































