HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Ukraynanın keçmiş ədliyyə naziri həbs edildi

Ukraynanın Korrupsiyaya qarşı Ali Məhkəməsi (VAKS) ölkənin keçmiş energetika və ədliyyə naziri Qerman Qaluşenkonun barəsində həbs-qətimkan tədbiri seçib.
“Qafqazinfo” “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, məhkəmənin fevralın 17-də keçirilən iclasında Qaluşenko 60 sutka müddətinə (16 aprel 2026-cı ilə qədər) həbs edilib.
Məhkəmə həmçinin onun 200 milyon qrivna (təxminən 4,6 milyon dollar) məbləğində girov müqabilində azadlığa buraxılma imkanını saxlayıb. Eks-nazir qərardan narazı qaldığını və vəkilləri vasitəsilə apellyasiya şikayəti verəcəyini bildirib.
Qeyd edək ki, 2021-2025-ci illərdə energetika naziri olmuş Qaluşenko dövlətə məxsus “Enerqoatom” şirkətinin vəsaitlərinin mənimsənilməsi və yuyulması ilə bağlı irimiqyaslı “Midas” korrupsiya işi üzrə ittiham olunur. İstintaqın məlumatına görə, cinayətkar qrup enerji obyektlərinin qorunması bəhanəsi ilə təxminən 100 milyon dollarlıq vəsaiti ofşor zonalar vasitəsilə mənimsəyib. Qaluşenko fevralın 15-də Polşa ilə sərhəddə qatarda ölkəni tərk etməyə cəhd edərkən Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) tərəfindən saxlanılıb.
Keçmiş naziri bu ittihamlar üzrə 7 ildən 12 ilədək həbs cəzası gözləyir.























































