Həbsdə olan baş redaktor Habil Vəliyev sərrast cavabına görə Mehriban Əliyevaya təşəkkür etdi
Ailəsi ilə Ağdam şəhərinə qayıdan Fazilə Novruzova: "Anamla çıxdığımız torpağıma anamsız dönmək qismət oldu"
Rəşad İsmayılov nazir təyin edildikdən sonra Qafar Ağayev qanunsuz əməllərini davam etdirir?
Hikmət Hacıyev: "Azərbaycan və Serbiya regionlararası əməkdaşlıqda da mühüm rol oynayır"
Ramiz Mehdiyev və Əli Kərimli ilə bağlı yeni sübutlar hansı gizli əlaqələri üzə çıxardı?
“Gənclərin Gözü ilə Konstitusiya və Heydər Əliyev İrsi” layihəsi uğurla başa çatıb
Prezident İlham Əliyev: "Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur"
Həbsdə olan baş redaktor Habil Vəliyev sərrast cavabına görə Mehriban Əliyevaya təşəkkür etdi
Yeniekinci.az xəbər verir ki,Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 7 saylı cəzaçəkmə müəssisəsində 7 il həbs müddətinin 3-cü ilini dəmir barmaqlıqlar arasında keçirən Qarabağ müharibəsi veteranı,’’Yeni Əkinçi’’,’’Sabah News’’ qəzetlərinin təsisçisi və baş redaktoru,’’Bakitv.az’’ internet televiziyasının təsisçisi,ali təhsilli hüquqşünas,Yeni Azərbaycan Partiyasının Zəngilan rayon üzrə ilk təşkilat komitəsinin sədri,30 ilə yaxın müddətdə və həbs olunarkən də 125 saylı seçki dairəsinin məntəqə sədri,3 övlad atası Vəliyev Habil Allahverdi oğlu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür məktubu ünvanlayıb.
Çox hörmətli Mehriban xanım!
Mən dəmir barmaqlıqlar arxasında olsam da,Azərbaycan xalqının prezidenti,dünya liderləri arasında birincilərdən olan xalqımızın böyük oğlu İlham Heydər oğlu Əliyev cənablarının yürütdüyü siyasəti bütövlükdə və hər zaman dəsdəkləyirəm.Son zamanlar xarici ölkələrdə gizlənərək dövlətimizin,dövlətçiliyimizin əleyhinə özlərinə yaraşan tərzdə qarayaxma kampaniyası aparan dırnaqarası ’’jurnalistlərə’’ verdiyiniz cavab məni bir daha ilhamlandırdı.
Əziz bacım Mehriban xanım!
Siz Emin Hüseynova verdiyiniz dolğun və sübut olunmuş cavabınızla məndə yenidən azad həyata qayıdaraq yaşayıb-yaratmaq arzusunu ilhamlandırdınız.
Bəli,mən bu cavabı Mircəlal Paşayevin nəvəsi,Arif Paşayevin qızı,böyük siyasətçi Heydər Əliyevin gəlini,dəmir yumruqlu prezidentimiz İlham Əliyevin həyat yoldaşı,böyük gələcəyə bütöv Azərbaycanla gedəcək Heydər İlham oğlu Əliyevin anası,bacım Mehriban xanım Əliyevadan gözləyirdim.
Çox hörmətli Mehriban xanım!
Mən sizi səmimi qəlbdən təbrik edirəm,fikirləriniz hər zaman qəti,cavablarının hər zaman dolğun,
ədalətiniz hər zaman zəfər çalsın.





















































