Menu
Xəbər Lenti
Bu rayonda işıq olmayacaq
18-02-2026, 05:14

Bu rayonda işıq olmayacaq

Yer kürəsi “ölür”?
18-02-2026, 05:05

Yer kürəsi “ölür”?

Pezeşkian onlarla görüşdü
17-02-2026, 04:58

Pezeşkian onlarla görüşdü

20 Şub 05:26Manşet / Cəmiyyət

Sahurdan iftaradək susamaq istəmirsinizsə...

sahurdan-iftaradek-susamaq-istemirsinizse

Oruc zamanı 15-16 saat susuz qalmaq orqanizmdə maye balansına təsir göstərə bilər. Xüsusilə düzgün qidalanmadıqda halsızlıq, baş ağrısı və güclü susuzluq hissi yarana bilər.

“Qafqazinfo” xəbər verir ki, buna görə də imsak və iftar vaxtı düzgün qidalanma prinsiplərinə əməl etmək vacibdir.

Məqsəd gün ərzində həm susuzluğu minimuma endirmək, həm də bədənin normal fəaliyyətini qorumaqdır.

Ramazan ayında qidalanma elə planlaşdırılmalıdır ki, uzun müddət susuz qalarkən özünüzü enerjili və rahat hiss edəsiniz. Bu, növbəti günlərdə də rahat oruc tutmağa kömək edir.

Ümumilikdə, iftarla imsak arasında kifayət qədər su içmək əsas şərtdir. Yay aylarında təxminən 2,5-3 litr, qışda isə orta hesabla 1-1,5 litr su qəbul etmək məsləhətdir. Bu miqdara çay, qəhvə və meyvə şirələri daxil deyil. Əksinə, bu içkilər sidikqovucu təsir göstərərək, bədəndən su itkisini artıra bilər. Ona görə də əsas üstünlük adi, təmiz suya verilməlidir.

Suyu bir dəfəyə çox miqdarda içmək düzgün deyil. Gündəlik su ehtiyacını iftar və imsak arasında bərabər şəkildə bölmək daha faydalıdır. Məsələn, imsakda 2-3 stəkan, iftardan sonra isə hər saat 1-2 stəkan su içmək məqsədəuyğundur.

Sahurda diqqət edilməli məqamlar

Yağlı, duzlu və qızardılmış yeməklərdən uzaq durun.

Duzlu pendir və zeytunu normada istifadə edin (4-5 ədəd kifayətdir).

Çox duzlu qidalar və artıq zeytun gün ərzində susuzluğu artırır.

Çay və qəhvəni minimuma endirin. Onlar susuzluğu azaltmır, əksinə maye itkisini artıra bilər.

Tərkibində su miqdarı yüksək olan qidalara (xiyar, pomidor, qatıq və s.) üstünlük verin.

Sahur yeməyini tələsmədən, ən azı 20–30 dəqiqəyə yeyin və mütləq sahura qalxın.

Bu cür qidalanma həm həzmi asanlaşdırır, həm də gün ərzində susuzluq hissini azaldır.

İftarda diqqət edilməli məqamlar

İftarı şorba və ya dovğa ilə açmaq məsləhətdir.

Əsas yeməyə keçməzdən əvvəl təxminən 20-30 dəqiqə gözləmək mədənin yüklənməsinin qarşısını alır.

Uzun müddət ac qalan mədəni birdən-birə ağır yeməklə yormaq düzgün deyil.

Şirniyyatlardan mümkün qədər uzaq durun.

Onların əvəzinə sulu meyvələrə üstünlük verin.

Düzgün planlaşdırılmış iftar və sahur həm susuzluğu azaldır, həm də orqanizmin balansını qoruyaraq orucu daha rahat keçirməyə kömək edir.