Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

20 Şub 05:41Manşet / Dünya

Həmin məxfi sənədlər açıqlanacaq

hemin-mexfi-senedler-aciqlanacaq

ABŞ Prezidenti Donald Tramp yadplanetlilər və uçan naməlum obyektlərlə (UNO) bağlı məxfi sənədlərin açıqlanması üçün proses başladılacağını bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, Tramp bunu “Air Force One” təyyarəsində jurnalistlərə deyib.

O bildirib ki, Müdafiə Nazirliyi də daxil olmaqla, bütün aidiyyəti dövlət qurumlarına müvafiq sənədlərin müəyyənləşdirilməsi və ictimaiyyətə təqdim olunması barədə göstəriş veriləcək.

O, ötən həftə podkastda çıxış edən keçmiş Prezident Barak Obamanı “yadplanetlilər realdır” ifadəsinə görə tənqid edərək, bununla məxfi məlumatlara toxunduğunu iddia edib. Tramp Obamanın açıqlamasını “böyük səhv” adlandırıb.

Obama podkast çıxışında kainatın genişliyi nəzərə alındıqda Yer kürəsindən kənar həyatın mövcudluğunun statistik baxımdan mümkün olduğunu bildirib. Bununla belə, o, prezidentliyi dövründə yadplanetlilərlə təmasa dair heç bir sübut görmədiyini vurğulayıb və ABŞ-də gizli şəkildə saxlanılan obyektlərin mövcudluğu ilə bağlı iddiaları təsdiqləməyib.

Açıqlamalar ictimaiyyətdə müzakirələrə səbəb olduqdan sonra Obama mövqeyinə aydınlıq gətirərək konkret dəlillərin olmadığını yenidən qeyd edib.

Tramp mövzuya “böyük ictimai maraq” olduğunu bildirərək, Yerdənkənar həyat, Naməlum Hava Fenomenləri (UAP) və UNO-larla bağlı məlumatların açıqlanması üçün mexanizmin işə salınacağını bildirib.

Bununla yanaşı, Pentaqon tərəfindən 2024-cü ildə yayımlanan hesabatda ABŞ hökumətinin yadplanetlilərlə qarşılaşmaya dair “heç bir sübut” tapmadığı qeyd olunub. Hesabata görə, qeydə alınan müşahidələrin əksəriyyəti adi obyektlər və ya təbii hadisələrlə izah edilir.

2023-cü ildə ABŞ Nümayəndələr Palatasında keçirilən dinləmələrdə də yadplanetlilərin mövcudluğunu təsdiqləyən konkret faktlar təqdim olunmayıb.