Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Mahir Emreli yaşıl meydanlara geri döndü

Uzun müddətdir zədəli olan “Kayzerslautern”də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün yaşıl meydanlara qayıdıb.
“Qafqazinfo” xəbər verir ki, futbolçu 2-ci bundesliqanın 23-cü turu çərçivəsində “Proyssen Munster”lə baş tutan səfər matçında 88-ci dəqiqədə meydana daxil olub.
O, komanda yoldaşı Naatan Skittanı əvəzləyib. Matç Emrelinin komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
22 fevral “Proyssen Munster” – “Kayzerslautern” - 2:3 Qollar: Y.Hoyer, 21, 87 - M.Ritter, 9-pen; 40, N.Bassett, 45+1 Qeyd edək ki, Emreli 2025-ci ilin 8 noyabrında “Herta”ya qarşı Almaniya 2-ci bundesliqasının matçında zədə alıb və o vaxtdan oyunlardan kənarda qalmışdı. 28 yaşlı hücumçu bu mövsüm “Kayzerslautern”də 5 oyunda meydana çıxıb və 1 qol vurub.





















































