Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Türkiyədə F-16 qəzaya uğradı - Pilot şəhid oldu

Türkiyənin Balıkesir şəhərində 9-cu Əsas Qırıcı Aviasiya Bazası Komandanlığına məxsus F-16 təyyarəsi tapşırıq uçuşu zamanı qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində pilot şəhid olub.
Balıkesir valisi İsmayıl Ustaoğlu sosial media hesabında bildirib ki, təyyarə təxminən saat 00:50 radələrində qəzaya uğrayıb.
“Pilotlarımızdan biri şəhid olub. Şəhidimizə və ailəsinə başsağlığı verirəm. Millətimizin başı sağ olsun”, – deyə vali qeyd edib.
Milli Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, saat 00:56-da havaya qalxan F-16 təyyarələrindən biri ilə radio əlaqəsi və izləmə məlumatları itib. Dərhal başladılan axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin qəzaya uğradığı müəyyən edilib və qalıqları tapılıb.
Nazirlik pilotun şəhid olduğunu təsdiqləyib və qeyd edib ki, qəzanın səbəbi qəza araşdırma qrupu tərəfindən aparılacaq araşdırmalardan sonra müəyyən ediləcək.























































