HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
ABŞ tarixində ilk dəfə birinci xanım BMT TŞ-nin iclasına sədrlik edəcək

ABŞ-nin birinci xanımı Melaniya Tramp Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasına sədrlik edəcək.
“Qafqazinfo” “Reuters”ə istinadla xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə, bazar ertəsi baş tutacaq iclasda Melaniya Tramp tolerantlığın və dünya sülhünün inkişaf etdirilməsi üçün təhsilin roluna xüsusi diqqət yetirəcək.
Bununla da o, 15 üzvdən ibarət Şuraya sədrlik edən ilk ABŞ birinci xanımı kimi tarixə düşəcək.
Agentlik yazır ki, prezident Donald Trampın bu addımı onun BMT-yə qarşı illərdir davam edən sərt tənqidləri fonunda diqqət çəkir. Belə ki, Tramp 193 üzvü olan təşkilatı səmərəsiz adlandıraraq islahatların zəruriliyini vurğulayıb. Lakin ötən həftə keçirilən Sülh Şurasının ilk iclasında o, daha mülayim ton nümayiş etdirərək BMT-yə maliyyə və fəaliyyət baxımından kömək edəcəklərini bildirib.
Trampın fikrincə, yeni yaradılan Sülh Şurası BMT-nin fəaliyyətinə nəzarət edərək onun daha düzgün və effektiv işləməsini təmin edəcək. Bir çox dünya lideri bu təşəbbüsün BMT-ni əvəzləmək məqsədi daşımasından narahat olsa da, ABŞ lideri bunun əksinə, təşkilatı gücləndirəcəklərini iddia edir.























































