HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
Livanda BMT sülhməramlıları vuruldu - Video

İsrail ordusu Livanın ərazisində yerləşən BMT-nin sülhməramlı qüvvələrinin (UNIFIL) düşərgəsinə zərbə endirib.
“Qafqazinfo” “Lebanon 24” xəbər portalına istinadən xəbər verir ki, hadisə qanalı sülhməramlıların yerləşdiyi Əl-Kouzah rayonunda qeydə alınıb.
Hücum nəticəsində üç BMT sülhməramlısı yaralanıb. Hadisə nəticəsində sülhməramlılara məxsus bir neçə obyekt tamamilə yanıb.
İsrail tərəfi hadisənin “Hizbullah”a qarşı cavab zərbəsi endirildiyi zaman baş verdiyini bildirsə də, Livan Prezidenti Cozef Aun sülhməramlılara qəsdən zərbə endirildiyini bəyan edib.
“İsrail hətta UNIFIL-ə birbaşa hücum həyata keçirmə həddini belə aşıb”, - dövlət başçısı bildirib.
UNIFIL isə BMT Təhlükəsizlik Şurasının mandatı ilə vəzifələrini yerinə yetirən sülhməramlıların hədəf alınmasının qəbuledilməz olduğunu elan edib.























































