Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
İraq neft limanlarını bağladı

İraq Fars körfəzində iki neft tankerindən birində baş verən partlayışdan sonra ölkənin neft limanlarının fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, INA dövlət xəbər agentliyinə danışan İraqın Limanlar üzrə baş direktoru Fərhan Fartusi bildirib ki, hadisə nəticəsində iki tankerdən biri partlayıb.
Onun sözlərinə görə, qəza zamanı ümumilikdə 31 nəfər xilas edilib, itkin düşən şəxslərin axtarışı isə davam etdirilir.
Fartusi əlavə edib ki, partlayış səbəbindən ölkənin neft limanlarının fəaliyyəti dayandırılıb. Bununla belə, ticarət limanlarında əməliyyatlar normal rejimdə davam edir.
Məlumata görə, partlayışın baş verdiyi tankerlərdən biri Malta bayrağı altında üzürdü.
Hadisənin səbəbi və hücumu kimin həyata keçirdiyi isə hələlik açıqlanmayıb.























































