Menu
Xəbər Lenti
16 oyunda 68 qol vuruldu
Bugün, 09:35

16 oyunda 68 qol vuruldu

BAŞSAĞLIĞI
Dün, 07:45

BAŞSAĞLIĞI

Belçika da “yox” dedi
17-03-2026, 06:37

Belçika da “yox” dedi

19 Mrt 12:27Manşet / Gündəm / Sosial

Qusar rayonunda iftar süfrəsi təşkil edilib


Qusar rayonunda iftar süfrəsi təşkil edilib

“Xezertv.info” xəbər verir ki, martın 18-də Qusar rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan bayramı ərəfəsində iftar süfrəsi təşkil edilib.
Mərasimdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, RİH başçısı Aparatının məsul əməkdaşları, Vətən Müharibəsi Qəhrəmanı Renat Şixnəbiyev, YAP Qusar rayon təşkilatının sədri, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Mərasim Ramazan duasının oxunması ilə başlanıb. İftar süfrəsi arxasında Ramazan ayının mənəvi əhəmiyyəti, insanları xeyirxahlığa, mərhəmətə və paylaşmağa səsləyən dəyərləri barədə söhbətlər aparılıb. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ölkəmizə davamlı sülh, əmin-amanlıq və firavan gələcək arzulanıb.

Fərid Faiqoğlu
Xezertv.info-nun rəhbəri
“Qızıl qələm” mükafatçısı
AJB-nin üzvü,
E.o.Baş leytenanat