Menu
Xəbər Lenti
Vens İsveçrədədir
Dün, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
Dün, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

Zamana sığmayan zəka...
17-06-2026, 15:38

Zamana sığmayan zəka...

20 Mrt 08:18Manşet / Dünya

ABŞ Körfəz ölkələrinə 16 milyardlıq silah satdı

abs-korfez-olkelerine-16-milyardliq-silah-satdi

ABŞ Dövlət Departamenti Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və İordaniyaya ümumi dəyəri 16 milyard dollardan çox olan silah satışını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, paket çərçivəsində BƏƏ-yə 8,4 milyard dollardan artıq dəyərdə F-16 təyyarələri üçün sursat və modernizasiya proqramları, radar sistemləri, eləcə də, qabaqcıl orta mənzilli hava-hava raketləri (AMRAAM) və əlaqəli avadanlıqların satışı nəzərdə tutulur.

Eyni zamanda, Küveytə təxminən 8 milyard dollar dəyərində hava və raketdən müdafiə sensor radar sistemlərinin, İordaniyaya isə təxminən 70 milyon dollar məbləğində təyyarə, sursat və digər əlaqəli avadanlıqların satışı təsdiqlənib.

Bildirilib ki, sözügedən satışlarla bağlı ABŞ Konqresinə rəsmi bildiriş artıq göndərilib.

Bu qərar Pentaqonun İranla bağlı davam edən hərbi əməliyyatlar fonunda əlavə 200 milyard dollarlıq büdcə tələbi irəli sürməsindən sonra qəbul edilməsi ilə diqqət çəkir.

Qeyd olunur ki, bu paket 28 fevralda ABŞ-ın İrana qarşı başladığı hücumlardan sonra Konqresə təqdim edilən ən böyük silah satışıdır.

Bundan əvvəl isə ABŞ administrasiyası 26 fevralda İordaniyaya 280 milyon dollardan çox dəyərdə radiotezlik sistemlərinin, 6 martda isə İsrailə təxminən 152 milyon dollarlıq bomba satışını təsdiqləmişdi.