Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

22 Mrt 07:59Manşet / Dünya

SEPAH-dan Trampın son təhdidinə - Cavab

sepah-dan-trampin-son-tehdidine

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın İranın elektrik stansiyalarını vuracağı ilə bağlı təhdidinə cavab verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı SEPAH yazılı açıqlama yayıb.

“İranın yanacaq və enerji infrastrukturuna düşmən tərəfindən hücum baş verərsə, bölgədə ABŞ və sionist rejimə məxsus bütün enerji, informasiya texnologiyaları və şirin su təmizləmə infrastrukturları hədəf alınacaqdır”, - açıqlamada deyilir.

Xatırladaq ki, Tramp İranın 48 saat ərzində Hörmüz boğazını açmaması halında, bu ölkənin elektrik stansiyalarına  zərbə endirəcəklərini bildirmişdi.