HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“İran tamamilə məhv ediləcək, görəcəksiniz”

“Siz tezliklə elektrik stansiyaları ilə bağlı ultimatumun nə ilə nəticələnəcəyini görəcəksiniz. Nəticə çox yaxşı olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İsrailin 13-cü kanalına müsahibəsində bildirib.
“İran tamamilə məhv ediləcək və bu, işə çox yaxşı yarayacaq”, - o deyib.
ABŞ lideri İranın 47 ildir ki, çox pis davrandığını və indi bunun cəzasını çəkdiyini qeyd edib.
Tramp həmçinin Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsi məsələsində NATO üzvlərindən narazılığını bir daha diqqətə çatdırıb.
“NATO ölkələri heç nə etmir, bu, çox utancvericidir”, - o deyib.
Xatırladaq ki, daha əvvəl ABŞ lideri İrana Hörmüz boğazını açmaq üçün 48 saat vaxt vermişdi. O, tələbi yerinə yetirilməzsə, İranın bir neçə elektrik stansiyasının məhv ediləcəyini bəyan etmişdi.























































