Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Kanadanın sanksiyasını “kağız-kuğuz” adlandırdı

“Kanadanın Rusiyaya qarşı yeni sanksiyaları sadəcə olaraq Böyük Yeddiliyin (G7) xarici işlər nazirlərinin Fransada keçiriləcək görüşü ilə üst-üstə düşmək üçün hazırlanmış kağız-kuğuzdur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov TASS-a bildirib.
“Bu, Kanada Baş naziri Mark Karninin kabinetinin ən azı bu anti-Rusiya klubunun üzvlərinə bəyanat verə bilsin deyə, eyni zamanda, Kanada daxilindəki rusofob lobbiyə hesabat verilməyi üçün atılan addımdır”.
Qeyd edək ki, Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib, 100 gəmiyə məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. 2014-cü ildən bəri Kanada Rusiya əleyhinə sanksiya siyahılarına 3400 fiziki və hüquqi şəxs və 600 gəmi əlavə edib.






















































