Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Dün, 08:33

Neftimiz bahalaşdı

28 Mrt 09:48Manşet / Gündəm / Cəmiyyət

Azərbaycanda güclü yağışlar sürüşmə zonalarını aktivləşdirib? - RƏSMİ AÇIQLAMA

 

Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar fonunda sürüşmə riski ilə bağlı vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, respublikanın sürüşmə ərazilərində aparılan müşahidə və monitorinqlər zamanı proseslərin dinamikasında hər hansı dəyişiklik qeydə alınmayıb.

Məlumatda vurğulanıb ki, mövcud sürüşmə sahələrində ciddi aktivləşmə müşahidə olunmur:

Geoloji Kəşfiyyat Agentliyi İdarə Heyətinin sədri Əli Əliyev də qeyd edib ki, son günlər yeni sürüşmə zonaları da qeydə alınmayıb.