“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı artdı

İsrailin martın 2-dən etibarən Livana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində itkilərin sayı kəskin şəkildə artıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin Fövqəladə Hallar Əməliyyat Mərkəzinin gündəlik hesabatında qeyd olunub.
Bildirilib ki, eskalasiya başlayandan bəri həlak olanların ümumi sayı 1.189 nəfərə çatıb.
Məlumatda həmçinin qeyd olunur ki, davam edən aviazərbələr və qurub əməliyyatları nəticəsində 3427 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölənlər arasında 120-dən çox uşaq və 80-ə yaxın qadının olduğu bildirilir. Livanın Daxili İşlər Nazirliyinin son məlumatına görə, müharibə zonalarından didərgin düşən mülki əhalinin sayı artıq 1 milyon nəfəri ötüb.
Qeyd edək ki, hazırda İsrail hərbi hava qüvvələri Livanın cənub və şərq bölgələri ilə yanaşı, paytaxt Beyrutun bəzi məhəllələrinə də zərbələr endirməkdə davam edir.






















































