“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
İdarə rəisi Qafar Ağayev agackəsiminə hansı şərtlərlə razılaşır?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayevin qanunsuz əməlləri hər gün ifşa olunmaqda davam edir.
Belə ki, paytaxtın müxtəlif ərazilərində agackəsilməsi ilə bağlı sosial platformalarda məlumatlar yayılır. Qafar Ağayevin bu kimi əməlləri barədə məlumat verilmişdi və bunun silsiləli olaraq davam edəcəyi bildirilmişdi.
Lakin təqdim edilən faktlarla və qanunsuz hərəkətlərlə bağlı hər dəfə başlanmış araşdırmalar müəmmalı şəkildə bağlanmışdır. Yeni fakt olaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində, “Yeganə” Şadlıq Sarayının yaxınlığında “Kristal Abşeron” inşaat şirkəti tərəfindən tikintisi aparılan ərazidən yaşıllıqların bir qisminin qanunsuz olaraq Qafar Ağayevlə şəxsən razılaşmaqla qanunsuz olaraq götürülməsi barədə bildirəcəyik.
Həmin ərazidə daha əvvəllər çoxsaylı ağacların olması hamıya məlumdur. Həmin ağacların bir qismi qanunu əsaslarla götürülmüş olsa da, sonrakı müddətdə sakitlikdən və görülmüş tədbirlərdən sonra yeni faktların bilinməyəcəyinə və vəzifəsindən istifadə edərək bunu rahatlıqla gizlədə biləcəyinə əmin olan Qafar Ağayev qanunsuz olaraq eyni ərazidən çoxsaylı ağacların götürülməsinə göz yumaraq şərait yaratmışdır.
Araşdırmamız davam edir faktla bağlı fotolar da paylaşılacaq.
Aidiyyatı qurumlara sorğu verilib.
xalq.online






















































