Menu
Xəbər Lenti
Rasim Balayev vəfat etdi
29-03-2026, 17:11

Rasim Balayev vəfat etdi

Yeni layihəsi bəlli oldu
29-03-2026, 09:53

Yeni layihəsi bəlli oldu

Sabunçu keçidi bağlandı
28-03-2026, 09:00

Sabunçu keçidi bağlandı

01 Nis 11:54Manşet / Gündəm

AzTV-nin aparıcısına vəzifə verildi

 

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.

Qaynarinfo xəbər verir ki, sözügedən xidmətin icraçı direktorunun müvafiq əmrinə əsasən, AZTV-nin aparıcısı Təranə Quliyeva bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, Təranə Quliyeva Azərbaycan Dillər Universitetində regionşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb.

O, əmək fəaliyyətinə "Lider TV"də redaktor və aparıcı kimi başlayıb. Daha sonra müxtəlif dövrlərdə ATV, "GünAz" TV və MTV telekanallarında aparıcı, redaktor və layihə rəhbəri vəzifələrində fəaliyyət göstərib. Eyni zamanda, media şirkətində icraçı direktor və kreativ direktor vəzifəsini icra edib.

Xatırladaq ki, o, Azərbaycan Televiziyasında ("AzTV") "Telesəhər" verilişinin aparıcısıdır və fəaliyyətini bu istiqamətdə də davam etdirəcək.